Yaddaşlardan silinməyən Xocalı

Fevralın 24-də məktəbin VI-VIII sinif şagirdlərinin iştirakı ilə Xocalı faciəsinin 31- ci ildönümünə həsr olunmuş “Yaddaşlardan silinməyən Xocalı” adlı tədbir keçirildi.

Tədbir Respublikamızın Dövlət Himninin səslənməsi və Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra şagirdlər Xocalı faciəsinə həsr olunmuş soyqırımı əks etdirən şeirlər söylənmiş, hərbi- vətənpərvərlik mövzusunda musiqilər səsləndirmiş, tar və kamançada müxtəlif muğamlar ifa etmişdirlər.

Şagirdlərin vətənpərvərlik əzmli şeirlər söyləmələri, faciəni bu dərəcədə dərin hiss etmələri tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Sonda məktəbin tarix müəllimi Məleykə Əliyeva çıxış edərək Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıtdırılmasında Ümummulli Lider Heydər Əliyevin rolundan danışaraq şagirdlərə bu yolu davam etdirməyi tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi