Suya qənaət edək
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar fevralın 22-də məktəbin coğrafiya müəllimi Hümay Yunuszadənin təşkilatçılığı ilə su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirildi.
Müəllimə bildirdi ki, ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi suya tələbatın artmasına səbəb olmuşdur. Daha sonra şagirdlər hazırladıqları təqdimat, slayd və səhnəcikləri nümayiş etdirdilər.