Ana dilim-Şirin dilim!

Dünyadakı müxtəlif dillər dünyadakı mədəniyyətlərin ifadəsidir. Dil məhv olarsa onlarla birlikdə bütöv bir mədəniyyət də məhv olur. Dilə olan sevgi ailədən, bağçadan, məktəbdən başlayır və davam edir. Ona görə də ailələrimizdə doğma ana dilimizə sevgini formalaşdırmaq lazımdır. Bu məqsədlə fevralın 21-də Səidə Sideifzadənin rəhbərliyi altında 8-11 sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim-Şirin dilim!” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər müxtəlif şeirlər, musiqilər səsləndirdi.

Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsindən bəhs edən videoçarx nümayiş olundu. Şagirdlər müxtəlif dillərdə hazırladığı təbrikləri səsləndirdi. Sonda Səidə müəllimə səsləndirdiyi “Ana dilim” şeiri ilə tədbirə rəng qatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi