Yol hərəkəti qaydalarını öyrənirik
Fevralın 20-də 2ğ, 2f və 4g sinif şagirdləri və müəllimləri Mirzəyeva Zəkiyyə, Həsənzadə Fidan, Salmanova Samirə tərəfindən yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş “Yol hərəkəti qaydalarını öyrənirik” adlı guşə yaradılmışdır. Guşədə yeraltı və yerüstü piyada keçidlərindən istifadə, yol qovşaqları, işıqforlara diqqət yetirməyin və təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi əks olunan bukletlər, şəkillər, kitablar nümayiş olunmuşdur.
Ümid edirik ki, bu guşəyə baxan hər bir şagird özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyini anlayacaq və bunun təbliğinə çalışacaq.