Mükafatlandırma

Bakı şəhəri Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqələrin mükafatlandırma mərasimi keçirilmişdir.
“Heydər Əliyev-tarix yaradan dahi şəxsiyyət” mövzusunda inşa müsabiqəsində məktəbin 7d sinif şagirdi İbrahimli Dəniz III yer tutaraq Diplom, 9b sinif şagirdi Ağaməmmədova Zeynəb və 7a sinif şagirdi İsmayılova Nərgiz Fərqləndiyinə görə Fəxri fərmana layiq görülmüşdür.
“Mənim Bayrağım” adlı şeir müsabiqəsində 7b sinif şagirdi Qənizadə Zəhra I, 6d sinif şagirdi Əliyeva Sona III yer tutduğuna görə Diplom, 5d sinif şagirdləri Hümbətli Leyla və İmanlı Fidan Fərqləndiyi üçün Fəxri fərmana layiq görülmüşdür.
“Mənim Bayrağım” adlı rəsm müsabiqəsində 9b sinif şagirdi Ağaməmmədova Zeynəb, 9f sinif şagirdi Şirəliyeva Aylin, 7d sinif şagirdi Hüseynova Fərəhnaz Fərqləndiyi üçün Fəxri fərmana layiq görülmüşdür.
“Mənim Bayrağım” mövzusunda inşa müsabiqəsində 8a sinif şagirdi Quliyeva Ləman II yer, 7b sinif şagirdi Nuruşov Ruzi isə III yerə layiq görülmüş və Diplomla təltif edilmişdir.
Şagirdlərimizi təbrik edir, uğurlarının davamını diləyirik!