Telekörpü- Ulu Öndər 100

Fevralın 15 də Bakı şəhəri 53N-li tam orta məktəbin və Laçın rayon Taxtakörpü kənd orta məktəbin müəllim və şagird heyəti arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən onlayn telekörpü keçirildi.
Tədbirdə çıxış edən 53N-li tam orta məktəbin direktoru Tünzalə Zeynalova, Laçın rayon Taxtakörpü kənd orta məktəbin direktoru Şəbnəm Uğurlu, müəllimlər - şəhid bacısı Məleykə Muradova, Xanlar Qənbərov, Lalə Qasımova Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsindən, böyüməkdə olan gənc nəslin Heydər Əliyevin ideyaları ilə formalaşmasından, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan danışaraq paytaxt məktəbi ilə region məktəbləri arasındakı əlaqələrin davamlı olmasını arzu etdilər.
Tədbir boyu videoçarxlar nümayiş olundu, hər iki məktəbin şagirdləri müstəsna xidmətləri ilə əbədilik qəzanan ümumilli Lider Heydər Əliyevə həsr edilən şeir və kompozisiyalar təqdim etdilər.
Sonda 2022-ci il məzunu, Çin Xalq Respublikasında hökümətlərarası təqaüd proqramı ilə təhsil alan Xədicə Əsgərova ölkədən kənarda olan bir gənc kimi milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi Liderlə qürur duyduğundan danışaraq şagirdləri Ulu Öndərin 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərdə fəal iştirak etməyə səslədi. Və müəllifi olduğu “ Əsgərin anasına məktubu” adlı şeirini səsləndirdi