İnsanın daxili orqanları

Fevralın 14-ü 4c sinfinin sinif rəhbəri Günay Namazova “İnsanın daxili orqanları” adlı açıq dərs keçdi. Dərsdə sağlam həyat tərzi və onun formalaşdırılması, eyni zamanda sağlam həyat tərzinin insanın daxili orqanlarına təsiri haqda söz açıldı. Şagirdlər insanın daxili orqanları haqqında məlumat verdilər və hazırladığı təqdimatları nümayış etdirdilər.
Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Əminə Həmzəyeva, Fəridə Əliyeva dərsi dinlədi və sonda dərs haqqında təəssüratlarını şagirdlərlə bölüşdülər.