Beynəlxalq kitab bağışlama günü

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu təqvimdə ən gənc bayramlardandır.

Bu beynəlxalq bayramla əlaqədar olaraq fevralın 14-ü məktəbdə “Məktəbə kitab hədiyyə et” adlı aksiya keçirilmişdir. Aksiyanın təşkilatçıları kitabxana müdiri Nigar Süleymanova və məktəbin kitabxanaçisı Nəzakət Abbasova şagirdlər tərəfindən hədiyyə olunan kitabları qəbul edib, məktəb foyesində Açıq Kitabxana yaratmışlar. Məktəblilər Açıq Kitabxananın Qeydiyyat kitabında qeydiyyatdan keçdikdən sonra istədikləri bir kitabı oxumaq məqsədi ilə götürüb, sonra geri qaytara bilərlər. Bu təşəbbüs məktəblilərdə bədii ədəbiyyata, kitaba həvəs və maraq yaratmaq məqsədi daşıyır.

Əminik ki, bu təşəbbüs başqa təhsil ocaqlari tərəfindən də dəstəklənəcək və tətbiq olunacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi