Əlişir Nəvai-582

Fevralın 9-da OCEP layihəsi cərçivəsində Özbəkistanın Azərbaycandakı Səfirliyinin dəvəti ilə 53 nömrəli tam orta məktəbin bir qrup üzvü dahi özbək şairi Əlişir Nəvainin doğum günü ilə əlaqədar təşkil olunan tədbirdə iştirak etdilər.
Tədbirdə Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov,səfirliyin diplomatları,millət vəkilləri Eldar İbrahimov və İsa Həbibbəyli iştirak etdilər.
Çıxış edən Səfir,millət vəkilləri dahi mütəfəkkir,klassik özbək şairinin bəşəri ideyalarından söz açaraq Azərbaycan-Özbəkistan arasındakı ortaq dəyərlərdən danışdılar.