Narkomaniya ümumbəşəri bəladır

"Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı"nına əsasən fevralın 3-ü məktəbdə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirdə Yasamal Rayon Polis İdarəsi rəisinin Şəxsi Heyətlə İşi Üzrə köməkçisi polis polkovniki Orxan Mansurzadə, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi polis polkovnik-leytenantı Nəbi Nəcəfov, Yasamal Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev, Yasamal Rayon Polis İdarəsinin Veteranlar Şurasının Sədri Xanlar Ağayev və Yasamal rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşı Ceyhun Şahverdiyev iştirak etdilər.

Tadbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Çıxış edən natiqlər narkomaniya ilə mübarizənin Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olduğundan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərin məhz orta məktəblərdən başlanmasından və davamlı görülən silsilə tədbirlərin mahiyyətindən danışdılar.

Qonaqlar şagirdlərə narkomaniya və onun insan, cəmiyyət, bütövlükdə dövlət üçün necə böyük bir bəla, faciə olması haqda məlumat verdilər.

Problemin həlli yolları ilə bağlı aparılan diskussiyada şagirdlərin verdikləri suallar cavablandırıldıqdan sonra "Narkomaniya-Gələcəyi olmayan həyat" adlı slayd nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi