Heydər Əliyevin Gənclər siyasəti
Fevralın 2-də “Heydər Əliyev” ili çərçivəsində məktəbdə 2 fevral “Gənclər Günü”-nə həsr olunmuş “Heydər Əliyevin Gənclər siyasəti” adlı seminar keçirildi. Seminarda məktəb rəhbərliyi, gənc müəllimlər və IX-XI sinif şagirdləri iştirak etdi.
Onlar Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətindən bəhs edən videoçarxa tamaşa etdilər. Çıxış edən məktəb rəhbərliyi bildirdi ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar, cəmiyyətin inkişafında, sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.
Sonda gənc müəllimlər dövlət qayğısını daim hiss etdiklərini, nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını bildirdilər.