Zərərli vərdişlərə birlikdə yox deyək!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.09.2022-ci il tarixli F-305 nömrəli əmrini rəhbər tutaraq yanvarın 25-də məktəbin Psixoloqu Bənövşə Cabbarova və UBTR Sevinc Əmiraslanovanın təşkilatçılığı ilə VIII sinif şagirdləri ilə “Zərərli vərdişlərə birlikdə yox deyək!” adlı tədbir keçirildi.

Tədbirdə şagirdlərə zərərli sayılan siqaret, alkoqollu içkilər, narkotik maddələr və fast food qidalar haqqında geniş məlumat verildi, zərərli vərdişlərlə mübarizədə insan iradəsinin əsas rol oynadığı bildirildi. Sonra slayd və şagirdlərin çəkdiyi rəsmlər nümayiş etdirildi.

Sonda şagirdlər bu mövzuda araşdırmaları, həmçinin müşahidə etdikləri ilə bağlı öz düşüncələrini paylaşdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi