20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu
Yanvarın 21-də “Heydər Əliyev” ili çərçivəsində məktəbdə “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin Rolu” mövzusunda dəyirmi masa keçirildi.
Məktəbin hərbi rəhbəri Şahin Babayev çıxış edərək bu faciənin xalqımızın azadlıq ideyalarını boğmaq məqsədi daşıdığını, 20 Yanvar Faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini hətta daha da alovlandığını qeyd etdi. Həmçinin Azərbaycan xalqının başına gətirilən qanlı faciəyəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiymətin verildiyini, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyindi də öz çıxışında bildirib.
Daha sonra dəyirmi masa ətrafında çıxışları davam etdirən Təlim-tərbiyə işləri üzrə direktor müavini Fatimat Əliyeva Ulu Öndərin siyasi tariximizdə göstərdiyi xidmətlərindən, bu gün Ulu Öndər siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin dəmir yumruq siyasətindən geniş şəkildə məlumat vermişdir.
Sonda şagirdləri maraqlandıran suallara ətraflı cavab verildi.