20 Yanvar-Tariximizin şanlı səhifəsi
Yanvarın 19-da məktəbin UBTR-i Sevinc Əmiraslanovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü il dönümünə həsr olunmuş “20 Yanvar-Tariximizin şanlı səhifəsi” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı və Vətən uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edildi.
Tədbirdə tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açıldı. Şagirdlər 20 Yanvara həsr edilmiş şeirlər söyləydi, tarda müxtəlif muğamlar ifa edtdilər.
Məktəbin direktoru Tünzalə Zeynalova və psixoloq Bənövşə Cabbarova tədbirdə iştirak etdi.
Sonda direktor şagirdlərə vətənpərvər olmağı, tariximizi unutmamağı və unutdurmamağı tövsiyyə etdi.