20 Yanvar həqiqətləri

Yanvarın 17-də 20 Yanvar faciəsinin otuz üçüncü il dönümü ilə əlaqədar olaraq məktəbin tarix müəllimi Yeganə Aslanova 6e sinfindəki dərsi "20 Yanvar həqiqətləri” mövzusuna həsr etdi.

Dərsdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Müəllim 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən, eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs etdi.

Şagirdlər isə hazırladıqları təqdimatları, divar qəzetlərini nümayiş etdilər və öyrəndikləri haqqında məlumat verdilər.

Nümunəvi dərsdə məktəbin psixoloqu Bənövşə Cabbarova və UBTR Sevinc Əmiraslanova iştirak etdi.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi