Təhsilalanların emosional-şəxsi sferasının tədqiqi
Yanvarın 6-da məktəbin psixoloqu Cabbarova Bənövşə təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etmək üçün şagirdlərlə test- sorğu keçirtmiş, problemli şagirdləri aşkarlayaraq onlara lazımı psixoloji dəstək göstərmişdir.