31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü

Dekabrın 29-da məktəbin UBTR-i Əmiraslanova Sevincin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının dövlət himnin səslənməsi ilə başladı.

Aparıcılar çıxış edərək bildirdilər ki, xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Elə bu həmrəyliyin bariz nümunəsi kimi Xalqımızın Ali baş komandanın ətrafında dəmir yumruq kimi birləşərək, xalqın gücünü vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etməsi və işğal altında olan torpaqlarımızın 44 günə azad etməsi oldu. Şagirdlərin müxtəlif şeirləri, musiqi ifaları və rəqsləri ilə tədbiri daha da maraqlı etdi.

Sonda şagirdlər 31 dekabrın həm də Yeni il bayramı olmasını vurğulayaraq Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə məktəbin müəllim və şagird heyətini təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi