"Biliyini paylaş" layihəsi- Azərbaycan Respublikasının faydalı qazıntıları
Dekabrın 28-də məktəbin coğrafiya müəllimi Hümay Yuniszadənin “Biliyini paylaş” layihəsi çərçivəsində 7e sinfində “Azərbaycan Respublikasının faydalı qazıntıları” mövzusunda açıq dərsi dinlənildi.
Əsas məqsəd Azərbaycan Respublikasında yayılmış faydalı qazıntıların müxtəlif növlərinin şərh edilməsi və təsərrüfatda istifadə istiqamətlərinin müəyyən edilməsidir.
Mövzu ilə bağlı slayd və şəkillər nümayiş olundu. İşğaldan azad olunmuş ərazilərin faydalı qazıntıları haqqında videoçarx izlənildi.
Daha sonra komandalara bölünən şagirdlər tədqiqata başladılar. Bunun üçün komandalara işçi vərəqələr, yönəldici suallar paylandı.
Şagirdlər mövcud resurslardan istifadə edərək kontur xəritə üzərində tapşırıqları yerinə yetirdikdən sonra qrup liderləri arasında əldə edilən nəticələrin müzakirəsi təşkil olundu.
Sonda şagirdlər Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları növlərinə görə təhlil edib, gələcək inkişaf perspektivlərini müəyyən etdilər.
Dərsdə məktəbin direktoru Tünzalə Zeynalova, direktor müavinləri Fatimat Əliyeva və Lalə Qasımova, coğrafiya müəllimi mentor- Vəfa Süleymanova iştirak etdilər.