"Biliyini paylaş" layihəsi- Qlobal iqlim dəyişikliyi
Dekabrın 28-də məktəbin coğrafiya müəllimi Sevda Əliyevanın “Biliyini paylaş” layihəsi çərçivəsində 10g sinfində “Qlobal iqlim dəyişikliyi” mövzusunda açıq dərsi dinlənildi.
Əsas məqsəd şagirdləri düşündürmək və proqnozlaşdırma bacarığını inkişaf etdirməkdən ibarət idi.
Dərs diskusiya formasında keçirildi. Bunun üçün şagirdlərə qrafiklər, sxemlər və xəritələr paylanıldı. Diskussiyanın gedişində müəllimə şagirdlərə tədqiqat sualları verdi. Şagirdlər verilən resursları araşdıraraq, sualları cavablandırırdı və nəticə əldə etdilər.
Dərs ərzində izahedici görüntülü kadrlardan və şəkillərdən də istifadə olundu. Təbii və antropogen çirklənmə mənbələri haqqında müzakirələr oldu. Təbii çirklənmə mənbəyi kimi vulkanların rolu araşdırıldı, bunun üçün coğrafi modelləşdirmə üsulundan istifadə olundu.
Dərsdə məktəbin direktoru Tünzalə Zeynalova, direktor müavinləri Fatimat Əliyeva və Lalə Qasımova, coğrafiya müəllimi mentor- Vəfa Süleymanova iştirak etdilər.