"Biliyini paylaş" layihəsi çərçivəsində növbəti dərs
Dekabrın 24-də mentor-coğrafiya müəllimi Vəfa Süleymanovanın “Biliyini paylaş” layihəsi çərçivəsində 8b sinfində açıq dərsi dinlənildi. Nümunəvi dərsin mövzusu “Litosfer tavaları” olmuşdur. Mövzu ilə bağlı izahedici videokadr və şəkillərin nümayişindən sonra komandalara bölünən şagirdlər tədqiqata başladılar. Bunun üçün komandalara işçi vərəqələr, yönəldici suallar paylandı. Şagirdlər mövcud resurslardan istifadə edərək coğrafi modelləşdirmə metodu ilə müstəvi üzərində yer qabığının geoloji tarixi ərzində materiklərin hərəkətlərini göstərib, bu hərəkətin gələcəkdə hansı istiqamətdə davam edəcəyi və yeni supermaterikin harada yaranacağı haqqında proqnoz verməyə çalışdılar.
Əsas məqsəd – komandaları yarışdırmaq deyil, düşünməyə yönəltmək idi. Dərs komanda üzvlərinin əməkdaşlığı şəraitində maraqlı, işgüzar, öyrədici, nəticəyönlü keçdi. Müəllim qarşıya qoyulan məqsədə çatdı.
Dərsdə məktəbin direktoru Tünzalə Zeynalova, direktor müavinləri Fatimat Əliyeva və Lalə Qasımova, coğrafiya müəllimləri Sevda Əliyeva və Humay Yunuszadə, 225 nömrəli məktəbin mentor müəllimi Roza Qasımova iştirak etdilər.