Maarifləndirici tədbir

14 dekabr tarixində məktəbdə tolerantlıq mövzusuna həsr olunmuş “Tolerantlıq Azərbaycanda həyat tərzidir” adlı tədbir keçirildi. Tədbirdə Dini qurumlar üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov, Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Vaqif Məmmədov qonaq qismində iştirak etdilər. Tədbiri məktəbin direktoru Firəngiz Həsənova açdı və öz çıxışında müasir, suverən Azərbaycanımızın tolerant bir ölkə kimi inkişaf etdiyini söylədi. Tədbirdə qonaqlar da öz fikirlərini söylədilər. Sonda tədbir iştirakçıları “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda videoçarxı izlədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi