OCEP:Azərbaycan-Özbəkistan mütəfəkkirləri

Dekabrın 21-də məktəbin Rus dili və Ədəbiyyatı müəllimi Afitab Əmiraslanovanın OCEP layihəsi çərçivəsində Azərbaycan -Özbəkistan mütəfəkkirlərinə həsr edilən açıq dərsi dinlənildi.

Qonaq qismində Özbəkistanın Azərbaycandakı səfirliyinin diplomatları Mahammadcon Botraliyev,Otobek Ramazanov və layihə koordinatoru Namiq Cəfərov iştirak etdilər.

İlkin olaraq sərgiyə baxış keçirildi.

Dərs hər iki ölkənin dövlət himninin səslənməsi ilə başladı.

Dərs zamanı Azərbaycan və Özbəkistan mütəfəkkirləri-Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığına həsr edilən təqdimatlar nümayiş etdirildi, şeirlər səsləndirildi, şagirdlərin sərbəst işləri təmin edildi və hər iki ölkəni birləşdirən mədəni dəyərlərdən geniş məlumatlar verildi.

Özbəkistan səfirinin müşaviri  Mahammadcon Botraliyev və əməkdaşı Otobek Ramazanov 53 nömrəli tam orta məktəbin rəhbərliyinə və kollektiv üzvlərinə doğma münasibət üçün təşəkkürünü bildirdilər, xoş təssüratlarını bölüşdülər.

Sonda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi