Daşkənddən Qarabağa könül körpüsü
Dekabrın 17 də Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Özbəkistan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın təşkilatçılığı və Özbəkistandan olan mötəbər qonaqların iştirakı ilə "Daşkənddən Qarabağa könül körpüsü" adlı tədbir keçirildi.
Tədbirdə digər qonaqlarla yanaşı OCEP layihəsi çərçivəsində Özbəkistan məktəbləri ilə qardaşlaşma proqramını həyata keçirən Bakı şəhər 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova "Özbəkistan-Azərbaycan dostluq cəmiyyəti" tərəfindən fəxri fərmanla təltif olundu.
Təbrik edir və layihənin həyata keçirilməsində uğurlar diləyirik.