Asudə vaxtın səmərəli təşkili

Dekabrın 15-də məktəbdə UBTR Sevinc Əmiraslanova, psixoloqlar Ləman Quliyeva və Bənövşə Cabbarovanın təşkilatçılığı ilə “Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili” haqqında təlim keçirildi.

Çıxış zamanı bildirildi ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, düşünülməsi olduqca vacib olan məqamlardan biridir. Çünki sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxt ilə qoyulur. Bunun üçün ilk növbədə uşağın yaşı və həmin yaş üçün uyğun olan aparıcı fəaliyyət növü nəzərə alınmalıdır. Bütün yaş dövrləri üçün uşağın asudə vaxtının səmərəli dəyərləndirilməsinin ən ideal məşğuliyyəti mütaliə etməkdir. Bu zaman valideynlər övladının yaşını nəzərə almaqla doğru kitab seçiminə diqqət etməlidir.

Şagirdlərin asudə vaxtının səmərəli təşkil olunmasında musiqinin də özünəməxsus rolu var. Asudə vaxtlarında musiqi ilə məşğul olan uşaqlarda dinləmə mədəniyyəti, əgər bir musiqi alətindən istifadə edirsə, onda ritm tutmaq, melodiyanı qavramaq qabiliyyəti inkişaf edir, ixtiyari diqqət güclənir. Şahmat oyununun faydalarını da xüsusi vurğulamaq lazımdır. Boş vaxtını şahmat oynayaraq keçirən uşağın tez qərar qəbul etmək qabiliyyəti inkişaf edir.

Şagirdlərə asudə vaxtlarında gedə biləcəkləri muzeylər haqqında da ətraflı məlumat verildi. Daha sonra məktəbin fəal şagirdlərinin asudə vaxtlarını necə keçirdiyini əks etdirən videoçarx nümayiş olundu.

Şagirdlərə əvvəlcədən hazırlanmış “Səmərəli asudə vaxt qiymətlidir” ağacının yarpaqları paylanaraq orada öz asudə vaxtlarını necə təşkil etdiklərini yazması söylənildi. Şagirdlər böyük həvəslə yazdıqlarını oxudu və yarpaqları ağacın üzərinə yapışdırdılar.

Sonda şagirdlərin fikirləri dinlənildi və dəyərləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi