"Biliyini paylaş" layihəsi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 noyabr 2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən "Biliyini paylaş" layihəsinə start verilmişdir. İki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlik layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir.

Məktəbimizin coğrafiya müəllimi Vəfa Süleymanova da bu layihədə iştirak etmiş və birinci mərhələdən uğurla keçmişdir.

Artıq məktəb rəhbərliyinin dəstəyi ilə mentor Vəfa Süleymanova tərəfindən layihənin qrup üzvləri müəyyənləşdirilmiş və müvafiq fəaliyyətlərə başlanılmışdır. Mövzunun aktuallığı nəzərə alınaraq, onu geniş auditoriyaya çatdırmaq üçün Vəfa müəllimənin “Məktəblilərdə tədqiqatçılıq bacarıqlarının yüksəldilməsində fənn müəllimlərinin rolu və imkanlar” adlı məqaləsi Elm və Təhsil Nazirliyinin “Azərbaycan müəllimi” qəzetinin 9 dekabr 2022-ci il tarixli sayında dərc olunmuşdur: https://muallim.edu.az/news.php?id=23104

Vəfa xanıma və komandasına növbəti mərhələdə uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi