Vətənpərvərlik və mənəvi dəyərlərimiz

Dekabrın 9-da məktəbin psixoloqu Ləman Quliyevanın təşkilatçılığı ilə şagirdlərlə "Vətənpərvərlik və mənəvi dəyərlərimiz" mövzusunda seminar keçirildi.

Seminar Ümummilli Lider Heydər Əliyevin vətənpərvərlik haqda dediyi fikirlə başladı:

"Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.

Daha sonra 44 günlük müharibədə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi. Seminarın mövzusuna uyğun olaraq təqdimat nümayiş olundu.

Daha sonra mənəvi dəyərlərimiz, onun sosial psixoloji aspektlərinin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına təsirlərindən söhbət açıldı. İnsana xas olan mənəvi keyfiyyətlərin təsnifatı verildi.

Sonda şagirdlər "Bayatı-Şiraz" muğamını dinlədilər və seminardan xoş təəsüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi