Əhməd Cavad -130
Dekabrın 8-də məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi Səidə Sideifzadənin təşkilatçılığı ilə Azərbaycan şairi, tərcüməçi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərıiyi, müəllimlər və şagirdlər iştirak etdilər.
Tədbir, sözləri Əhməd Cavada məxsus olan, hər bir azərbaycanlının qürur hissi ilə oxuduğu dövlət himninin səslənməsi ilə başladı.
Əvvəlcə şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu.
Çıxış edən məktəb rəhbərləri şairin keçdiyi həyat yolundan, yaradıcılığından, AXC dövründəki fəaliyyətindən, repressiyaya məruz qaldığından və s. söz açdılar.
Sonra 8a sinif şagirdləri Əhməd Cavadın şeirləri və şeirlərinə bəstələnmiş musiqilər əsasında hazırladıqları kompozisiyaları təqdim etdilər.
Tədbir Azərbaycan dili və Ədəbiyyatı müəllimi Səidə Sideifzadənin " Ana" şeirini səsləndirməsi ilə başa çatdı.