Sinif nümayəndələri ilə görüş

Dekabrın 5-də məktəbin VIII-XI siniflərinin sinif nümayəndələri ilə görüş keçirildi.

Görüşün məqsədi siniflərarası əməkdaşlıq, davranış qaydaları, şagird-müəllim münasibətlərinin tənzimlənməsi və s. müzakirələrin aparılması idi.

Görüşdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fatimat Əliyeva, təşkilatçı Yeganə Aslanova və UBTR Sevinc Əmiraslanova çıxış edərək sinif nümayəndələrinin vəzifələri haqqında məlumatlar verdilər, sinif nümayəndələrinin sinfin və məktəbin nümunəvi şagirdlərinin olduğundan bəhs etdilər, davranışı, şagird qaydalarına əməl etməsi, çalışqanlığı, təlim nailiyyətləri ilə fərqlənmələri, hamıya nümunə olmaları ilə bağlı danışdılar.

Şagirdlər isə öz növbələrində iclasın gündəliyində duran məsələyə münasibət bildirərək sinif yoldaşları və digər siniflərdə təhsil alan şagirdlər arasındakı dаvrаnış və rəftаr qaydalarından, tənəffüs zamanı ünsiyyət formalarından danışaraq fikirlərini bildirdilər.

Sonda məktəbdə şagirdlər arasında ünsiyyət mədəniyyəti, onların hərəкət və dаvrаnışlаrındа, mürаciətlərində sağlam münasibətləri fоrmаlаşdırmaq üçün yalnız məktəb rəhbərliyi və müəllimlər yox, sinif nümayəndələrinin də digər şagirdlərlə düzgün ünsiyyət və dostluq əlaqələri yaratmaqda birgə addımlamağın vacib olduğu biıdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi