Qardaş Özbəkistan

 Dekabrın 3-də məktəbdə OCEP layihəsi çərçivəsində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş "Qardaş Özbəkistan" mövzusunda açıq dərs keçirildi.

Dərs Azərbaycan və Özbəkistan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.

Məktəbin coğrafiya müəllimi Sevda Əliyeva və tarix müəllimi Səbinə Əliyeva Özbəkistanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, təbiəti, adət-ənənələri mövzusunda dərs nümayiş etdirərək şagirdlərin komanda şəklində sərbəst işini təmin etdilər.

Dərs zamanı Azərbaycan Respublikasl Prezidenti Cənab İlham Əliyevin, Elm və Təhsil Naziri Emin Əmrullayevin Özbəkistana olan səfərlərini əks etdirən videoçarxlar nümayiş etdirildi və şagirdlərə bu haqda geniş məlumatlar verildi.

Dərs Özbəkistanın məşhur "Mənim Vətənim" adlı mahnısının müəllim və şagird heyətinin ifası ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi