Tullantısız dünya
Azərbaycan Respublikasının Prezidentinin 01 Noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya"nın həyata keçirilməsi üzrə Fəaliyyət Planını əsas tutaraq məktəbin Tərbiyə işləri üzrə direktor müavini Aslanova Yeganə və UBTR Əmiraslanova Sevinc 5a sinif şagirdləri ilə “Bərk məişət tullantıları” haqqında “Tullantısız dünya” adlı dəyirmi masa keçirdi.
İlk olaraq təşkilatçı şagirdlərə məişət tullantıları, onların zərərsizləşdirilməsi və təkrar emalı haqqında məlumat verdi. Daha sonra şagirdlər bu mövzuda öz araşdırmalarını təqdim etdilər. Sonda UBTR ətraf mühitin çirklənməsinə səbəb olan bu tip tullantıların insan sağlamlığında yaratdığı problemlərə də diqqət yetirib və Power Point proqramında hazırladığı materialı şagirdlərə təqdim etmişdir.