Şuşanın 270 anı

        Noyabrın 15 də məktəbdə "Şuşanın 270 anı" bədii-sənədli filminin təqdimatı keçirildi. Təqdimatda şəhid Əbil Cəbizadənin anası İradə ana, atası Qadir ata, şəhid Mayor Fərid Ələkbərovun anası Şükufə ana, bacısı Günel xanım, Şəhid Palkovnik leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva, şəhid Xəyal Balakişiyevin anası Nazimə ana, "Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş, filmin ideya müəllifi və redaktoru Kərəm Ələsgərov, müəllimlər və şagirdlər iştirak etdilər.

       Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 9ç sinif şagirdi Əlizadə Hüseyn "Şəhidin anasına məktubu" adlı şeirini səsləndirdi. Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin bu gün qarşımızdakı ən önəmli hədəflərdən biri olduğundan bəhs edərək şagirdlərə Azərbaycan tarixini dərindən öyrənməyi tövsiyə etdi. “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş filmin ərsəyə gəlməsi ilə bağlı görülən işlər haqqında söz açaraq layihə çərçivəsində Azərbaycan, rus və ingilis dillərində https://loveshusha.com adlı sayt haqqında da məlumat verdi.

Sonra "Şuşa 270” adlı fiım təqdim edildi.

      Qeyd edək ki, “Şuşanın 270 anı” bədii-sənədli filmi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gəlib.

       Tədbir 11 g sinif şagirdi Əliyev Hüseynin "Şuşanın dağları" mahnısının ifası ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi