Əsrin bəlası.

1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günüdür. Bu mövzuda “Dəyirmi masa” keçiridi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini L.Quliyeva açdı. O, qanla yayılan xəstəliyin artıq milyonlarla insanı öz cənginə aldığını, minlərlə insanın tələf olduğunu söylədi. Xəstəlik əsasən düzgün həyat tərzi olmayan, pis vərdişlərə meyl edən, narkomaniyaya qurşanmış insanlar arasında sürətlə yayılır. Lakin xəstəliyin günahsız qurbanları da var. Xəstəliklə mübarizədə ən başlıca amil düzgün həyat tərzi olmalıdır. 5№-li poliklinikanın həkimi Günel Acalova, məktəbin psixoloqu Ləəman Quliyeva bu barədə geniş məlumat verdilər. Həkim şagirdləri maraqlandıran sualları cavablandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi