Məktəblilər "Yeddi şüşə" verilişində
Noyabrın 5-də məktəbin 5Ç sinif şagirdləri İctimai Televiziyanın "Yeddi şüşə" verilişində iştirak etdilər.
Oyun və əyləncə xarakterli verilişdə hər komandada 5 nəfər olmaqla 7 mərhələdən ibarət oyunda yarışdı və hər oyuna görə xal verildi.
Məktəbin komandası 9 bal fərqi ilə qalib gəldi. Yarışın qaydalarına görə məğlub komandaya da hədiyyələr təqdim olundu.
Uşaqlar hədiyyələrlə birlikdə verilişdən yüksək məmnunluqla qayıtdılar.
Qeyd edək ki, verilişin məqsədi uşaqlar arasında komanda oyunlarına marağı artırmaqdır.