Şagirdlər Tarix Memarlıq Qoruğunda
31 Oktyabr tarixində əvvəlcədən tərtib edilmiş qrafikə uyğun olaraq məktəbin 60 nəfər şagirdi sinif rəhbərlərinin müşayəti ilə Tarix Memarlıq Qoruğunda oldular. Şagirdlər Bakının qədim hissəsi olan - İçərişəhər kimi tanınan , bu günə qədər qorunub saxlanmış qala divarları ilə yaxından tanış oldular . Qoruq ərazisində olan VIII - IX əsrlərə aid onlarla tarixi memarlıq abidələrinin - məscidlər,karvansaraylar ,yaşayış evləri,muzeylər və s. mədəniyyət nümunələrinin tarixi , yaradılması, fəaliyyəti, strukturu haqqında haqqında geniş məlumat əldə etdilər.
Şagirdlər İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq - şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanılmasının şahidi oldular.