24 noyabr 2016-cı il tarixində məktəbdə “Hüquqlarımızı öyrənək” mövzusunda “Dəyirmi masa” keçirildi. Tarix müəllimi Yeganə Aslanova şagirdlərə 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş "Uşaq Hüquqları haqqında Konvensiya" nın müddəaları barədə geniş məlumat verdi.