Yay məktəbi-şagirdlərin bir günü
Yay məktəbi şagirdlərin bilik və bacarıqlarının formalaşdırılması, intellektual səviyyəsi, dünyagörüşünün artırılması üçün müstəsna rol oynayır.
İdman meydançasında təşkil olunmuş yay məktəbində şagirdlər şahmat, rəsm, idman dərslərinə aid əyləncəli oyunlar oynadılar. Zəfər tarixinə aid oxuduqları kitabları müzakirə etdilər, STEAM dərsində “Zəfər tarixinə” aid müxtəlif maketlər hazirlayib təqdim etdilər. Məktəblilər rəqs edib mahnılar səsləndirdilər. Sonda şagirdlər 44 günlük Vətən Müharibəsinin qəhrəman qaziləri ilə xatirə şəkli çəkdirdilər.