Fəal dərs
Tez-tez təşkil olunan fəal dərslərdən biri 03.06.2022- ci il tarixində 8c və 8ç sinifləri arasında keçirildi.
Həmin dərsdə H.Cavidin "Ana" mənzum əsəri şagirdlər tərəfindən oxunaraq qarşılıqlı formada müzakirə edildi. Şagirdlər obrazların fəaliyyətini təhlil edib müsbət və mənfi obrazları təhlil etdilər . Ana obrazının əlçatmazlığı , ucalığı bir daha öz təsdiqini tapdı. Qarşılıqlı müzakirə şagirdlər üçün maraqlı və faydalı keçdi.