BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ.

   2021/2022-ci dərs ilində ikinci yarımilinin sona çatması ilə əlaqədar olaraq 25 may -13 iyun 2022-ci il tarixlərində  məktəbin IV, IX və XI siniflərində bütün fənlər, V-VIII və X adi siniflərdə Ana dili ,Riyaziyyat və İngilis dili, X təmayül siniflərdə isə məktəbin Pedaqoji şurasının qərarı ilə təsdiq edilmiş fənlər üzrə böyük summativ qiymətləndirmə tərtib edilmiş qrafikə uyğun olaraq başlanıldı.
Summativ qiymətləndirmə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) aparılması Qaydasının təsdiq edilməsi” barədə 8/1 nömrəli “28” dekabr 2018-ci il tarixli qərarına və müvafiq təlimata uyğun təşkil edildi.Şagirdlərin sərbəst işi nəzarətçilər tərəfindən təmin edildi.
Hər birinə uğurlar diləyirik.
BSQ lər 13 iyun tarixinədək davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi