Mirzə Cəlil işığı.
Sizi deyib gəlmişəm...Belə bir müraciətlə "Molla Nəsrəddin" jurnalı 1906-cı il aprelin 7-də C.Məmmədquluzadənin redaktorluğu ilə Tiflisdə nəşrə başlamışdır.Hər il olduğu kimi,bu il də biz həmin tarixi gündə C.Məmmədquluzadənin ev-muzeyində olduq"."Mirzə Cəlil işığına xoş gəlmişsiniz"-deyə bizi gülərüzlə qarşiladılar.Onu da qeyd edək ki,həmin gün açıq qapı"günü idi.Ev-muzeydəki ekspanatlar şagirdlərin C.Məmmədquluzadə haqqında bildiklərini bir daha yada saldı və möhkəmləndirdi.Muzeyin direktoru Pəri xanım,əməkdaşlardan Yeganə xanım,C.Məmmədquluzadə irsinin araşdırıcılarından Mövlud Camaloğlu şagirdlərin suallarına cavab verdilər,sonda isə xatirə şəkilləri çəkildi.