Konstitusiya Günü
Bu gün məktəbdə 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü tədbiri keçirildi. Tədbiri tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açıq elan etdi. IXa sinif şagirdi Vəliyev Orxan mövzu ilə əlaqədar çıxış etdi. Tədbirdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü əsasında məktəbimizdə həyata keçirilmiş “Uşaq Hüquqlarının Pilləli Tədrisi” mövzusunda bitirən şagirdlər sertifikatlarla təltif olundu. Bu kursda 111 şagird trenerlik bacarığına yiyələnmiş oldu.