VEBİNAR
05 may 2022 ci il tarixində məktəbin coğrafiya müəllimi Vəfa Süleymanova “Ekoloji məhkəmə” (rollu oyun) mövzusunda vebinar təşkil etdi.Vebinar Botanika bağının yaşıl bir guşəsində baş tutdu.
Hakim: Təbiət
İddiaçılar: Atmosfer, hidrosfer, litosfer, biosfer
Cavabdehlər: Bəşəriyyət, onların vəkilləri
Şahidlər: Bəşəriyyətin nümayəndələri - olan şagirdlərin dili ilə təbiətə vurulan ziyan və onun acı nəticələri dilə gətirildi. “Hakimin ədalətli qərarı üçün” şagirdlərin fikir və təklifləri alındı. Sonda təbiətin qorunması və bərpasına yönələn təkliflər planı “hakimin qərarı” şəklində oxundu.
Həmçinin şagirdlər divar qəzeti hazırlayıb, təbiəti çirkləndirməni özündə əks etdirən foto şəkilləri sərgilədilər. Həmin sərgi məktəb guşəsində öz yerini tutdu.