NÜMUNƏ DƏRS.

   27.04.2022 tarixində məktəbin Azərbaycan dili müəllimi Mehdiyeva Sevda 6f sinfində (rus bölməsi) açıq dərs keçirdi. Yeni mövzu "Say və onun yazılışı" olsa da, dərs    ev tapşırığı kimi verilmiş layihələrin təqdimatı ilə başladı. Layihənin mövzusu "Bakının inzibati rayonları və abidələri" idi. Şagirdlərin hər biri fərdi şəkildə PP MS proqramında Bakının hər hansı rayonu haqqında hazırladığı təqdimatı nümayiş etdi. Bundan əlavə, şagirdlərin əl işləri olan Tinkercad  proqramında yığılaraq 3D printerdə çapdan çıxmış Bakıdakı abidələrin kiçik modelləri də sərgiləndi.(məktəb bu ildən STEAM layihəsinə qoşulub)  Modellər içində Bakının gerbi, Bibiheybət məscidi, Qız qalası xüsusi marağa səbəb oldu. Müəllimə yeni dərsin izahı zamanı anlayışın çıxarılması və sual -cavab metodundan istifadə etdi, rus dilinin qrammatikası ilə müqayisələr apardı. Dərs zamanı şagirdlərin nitqində yol  verdikləri qüsurlara dərhal düzəlişlər edilir, nitqin düzgünlüyü prinsipinə ciddi riayət olunurdu. 
     Qiymətləndirmə dərsin bütün mərhələlərində aparıldı. Sonda müəllimə Ulu öndər Heydər Əliyevin nitqindən bir parçanı dinləmə mətni kimi şagirdlərə təqdim etdi. Şagirdlər mətnlə bağlı müxtəlif tapşırıqları icra etdi. 
Müəlliməyə maraqlı dərs üçün təşəkkür edir, pedaqoji fəaliyyətində uğurlar arzu edirik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi