Məktəbdə maarifləndirici mövzuda tədbir keçirildi.

Yasamal rayon 53 № -li tam orta məktəbdə noyabrın 2-də “Narkomaniya ümumbəşəri bəladır, məktəblilər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Yasamal RPİ-nin polis polkovnik – leytenantı İsfəndiyar Mehbalıyev, Yasamal RPİ-nin NMB-nin rəisi polis mayoru Anar Süleymanov, Yasamal RPİ-nin DYPŞ-nin rəisi polis polkovnik-leytenantı Qəhrəman Qələndərov , Narkoloji dispanserin həkimi həkim-narkoloq Elçin Haqverdiyev, Yasamal RPİ-nin 28-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Hüseyn İmanov qonaq qismində iştirak etdilər. Tədbirdə 250 şagird iştirak edirdi. Tədbiri məktəbin direktoru Firəngiz Həsənova açıq elan etdi. Dünyanı öz cənginə alan “ağ ölüm” haqqında ətraflı məlumat verdi. Sonra mövzu haqqında qonaqlar da məlumat verdilər. Şagirdlərimiz mövzu ətrafında diskusiya apardılar .Şagirdlərimiz tərəfindən verilən suallar qonaqlar tərəfindən cavablandırıldı. Sonda Yasamal Rayon Polis İdarəsinin tərəfindən xüsusi hazırlanmış dünyada tüğyan edən narkomaniya adlı bəlahnın bütün dəhşətlərini özündə əks etdirən videoçarxın nümayişi oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi