Böyük Qələbənin Başlanğıcı.
Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən altı il ötür. 2016 cı il Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinin başlanğıcı oldu.Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Məhz, dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə böyük qayıdış prosesinə start verildi. Eyni zamanda, Aprel döyüşlərindən sonra əli silah tutan hər bir vətəndaşımız işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübarizəyə tam hazır olduğunu bir daha nümayiş etdirdi. Bu birlik Vətən müharibəsində düşməni əzən “Dəmir yumruğ”a çevrildi.
01 Aprel 2022 ci il tarixində məktəbdə şagird və müəllimlərin iştirakı ilə "Böyük qələbənin başlanğıcı" adlı tədbir keçirildi.
Tədbirdə şagirdlər Azərbaycan xalqının əzmi,Aprel döyüşlərin səbəbi ,mahiyyəti , nəticəsi ,xalq iqtidar birliyi və böyük qayıdışdan 10 Noyabra kimi olan tarixi yoldan bəhs edən filmi izlədilər, dəyirmi masada müzakirələr apardılar və tarix müəllimlərinin təhlillərində fəal iştirak etdilər.
Azərbaycanın ərazi bütövlüyü uğunda canından keçən bütün şəhidlərimizin ruhunu hörmət və ehtiramla yad edərək ailələri qarşısında baş əyirik!