Müstəqilliyimiz əbədidir!
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühim tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım terminə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Bu gün məktəbimizdə Prezident Ilham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında verdiyi sərəncama əsasən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim, valideyn və şagird kollektivi iştirak etdilər. Şagirdlərimiz bu gün münasibəti ilə şeirlər söylədilər və mahnılar ifa etdilər.Şagird Şurası tərəfindən hazırlanmış videoçarx izlənildi.Tədbirin sonunda məktəbimizin tarix müəllimi Əliyeva Məleykə və tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova çıxış etdi. Bu günün əhəmiyyəti haqqında şagirdlərə dolğun məlumat verdilər.