Gənc müəllimlər təltif olundu.
02.02.2022-ci il tarixində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal rayon Komitəsinin təşəbbüsü ilə Gənclər günü qeyd edildi.Tədbirdə Yasamal rayon İcra hakimiyyəti başçısının müavini Təravət Muradova və Yasamal rayon HİK-nin sədri Rövşən İbrahimli iştirak etdilər.Tədbir ilk olaraq Vətənin azadlığı uğrunda gəncliyindən imtina etmiş şəhidlərin ruhu hörmət və ehtiramla yad edildi.Daha sonra çıxış edən natiqlər təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Cənab Prezidentin uğurla davam etdirilməsindən və gənclərə verilən imkanlardan danışdılar.Tədbirdə "Gənclər Günü"nə həsr edilən videoçarx nümayiş olundu.
Sonda müəllim peşələrini layiqincə yerinə yetirməklə yanaşı məktəbin ictimai işlərində fəal iştirakına görə məktənin 3 müəllimi -
Mehtiyeva Sevda-Azərbaycan dili müəllimi
Miriyeva Aygün-Sinif müəllimi
Əliyeva Fəridə -Rus dili və Ədəbiyyatı müəllimi
fəxri fərman və hədiyyələrlə təltif olundu.Hər birinə uğurlar arzu edirik.