“Gigiyenik kağızlardan düzgün istifadə.
22.12.2021-ci il tarixində məktəbin 6C sinif şagirdləri ilə birlikdə gigiyenik kağızlardan düzgün istifadə edilməsinə dair tədbir təşkil olundu. Tədbirdə mövcud pandemiya qaydalarına necə əməl etməli, dərsdən kənar vaxtlarda ağaclara və güllərə necə qulluq etməli, yer kürəsini necə qorumalıyıq mövzusunda maarifləndirici səhnəciklər, video çarxlar nümayiş olundu. Şagirdlər mikroblara aid mahnı və şeirlər səsləndirdilər. Sonda şagirdlər tədbir iştirakçılarına təbiəti qorumaqla,gigiyenik qaydalara əməl etməklə, gigiyenik salfetlərdən doğru istifadə etməklə bəşəriyyətin problemi olan COVİD 19 virusuna qalib gəlməyin mümkün olduğun vurğuladılar.