01 dekabr Ümumdünya QİÇS ilə mübarizə günüdür
01 dekabr 2021-ci il tarixində Azərbaycan bölməsinin 9d,Rus bölməsinin 9g sinif şagirdləri ilə birgə QİÇS-ə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirildi.
Məktəbin psixoloqu Ləman Quliyeva şagirdlərə QİÇS-in psixoloji fəsadlarından, biologiya müəllimi Elgün Nəsirov və Aygün Bayramova QİÇS-in yayılma səbəblərindən, əlamətlərindən bəşəriyyət üçün doğurduğu fəlakətlərin miqyasından və bunlara qarşı mübarizə yollarından danışdılar.
Şagirdlər bu mövzuda maraqlı təqdimatlar, videoçarxlar və stendlər nümayiş etdirdilər.