"Zəfər tarixi" dərsində.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 21.09.2021 ci il tarixli F-450 N-li əmrinə əsasən "Zəfər Tarixinin" peşəkar tarix müəllimləri tərəfindən keçirilməsi nəzərdə tutulmuşdur.Bu əmrə əsasən məktəbin ayrı-ayrı siniflərində “Zəfər Tarixinə" həsr olunmuş dərslər dinlənildi.Tarix müəllimi Məleykə Əliyevanın tədris etdiyi "Zəfər Tarixi" dərsində ilk əvvəl şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və daha sonra "Zəfər Tarixi" və "Qarabağ tarixi" arasındakı maraqlı faktlardan, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətindən və müzəffər ordumuzun şücaətindən bəhs olundu.