Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il “Uşaq ili" elan edilməsi ilə əlaqədar həmin ildən başlayaraq Respublikada 4 böyük uşaq forumu keçirilmişdir. Həmin forumlar Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutmuşdur. Forumun məqsədi dövlət rəsmilərinin uşaq problemlərini öz dillərindən eşitməkdir.
26 avqust tarixində həmin komitə Azərbaycan Uşaqlarının V Forumu üçün Yasamal rayon üzrə seçim turu keçirmiş, məktəbimizin 11B sinif şagirdi Xədicə Əsgərova seçim turundan keçərək 7 işçi qrupundan birinə rəhbər təyin edilmişdir.
Forum 18 noyabr tarixində baş tutmuşdur. Foruma qədərki dövrdə iştirakçılar birinci vəzifəli dövlət rəsmiləri ilə görüşdə iştirak etmişdir.
Xədicə Əsgərova forumda komitənin sədri Bahar Muradova ilə uşaqların formalaşması ilə bağlı diskusiyalar aparmışdı